Legal StoreAzərbaycanda ən keyfiyyətli və sərfəli hüquq-konsaltinq xidmətləri

Legal Store Hüquq şirkəti Azərbaycanda Hüquqi yardım, Hüquqi məsləhət və digər Hüquq-konsaltinq xidmətlərini Fərdi və Koorporativ şəxslərə ən Sərfəli və ən Keyfiyyətli şəkildə müştərilərinin mövqe, mənafe və maraqlarını qorumaqla təqdim edir.

LegalStore Nədir?

Biz Azərbaycanda onlayn Hüquq-Konsaltinq xidmətləri ilə müştərilərin mövqe və mənafelərini üstün tutan və daim onların məmnuniyyətini hədəfləyən hüquq şirkətiyik. Əsas məqsədimiz sizin ən sadə və asan yolla, sərfəli və keyfiyyətli hüquqi xidmətlərdən yararlanmağınızı təmin etməkdir. Belə ki, Azərbaycanda ilk dəfə olaraq bir hüquq şirkəti öz xidmətlərini internet üzərindən müştərilərinə təklif edir və müvafiq xidməthaqlarının onlayn formada ödənişini təmin edir. Biz müştərilərimizə ailə, əmək, vergi, korporativ, müqavilə və s. sahələrdə hüquqi yardım göstəririk. Bununla yanaşı sizlərə ən dolğun və dəqiq hüquqi məsləhət verilməsi bizim öncəliyimizdir.

Legal Store

Ən çox verilən suallar

Təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun, hakimin qərarı və ya məhkəmənin qərardadı, habelə cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə tərəfinin müraciəti məhkəmə ekspertizasının aparılması üçün əsas sayılır. Məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxs təhqiqatın aparılması və rəy verilməsi üçün zəruri olan təhqiqat obyektləri və iş üzrə materialları məhkəmə ekspertizası idarəsinə təqdim edir.

Bəli. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 190.1-ci maddəsinə əsasən, fərdi sahibkarın və ya kommersiya təşkilatının qeydiyyatından qanunsuz olaraq imtina etmə və ya onların qeydiyyatından boyun qaçırma, müəyyən fəaliyyət növünü həyata keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz olaraq imtina etmə və ya onun verilməsindən boyun qaçırma, təşkilati-hüquqi və ya mülkiyyət formasından asılı olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının hüquqlarını və ya qanuni maraqlarını məhdudlaşdırma, habelə fərdi sahibkarın və ya kommersiya təşkilatının müstəqilliyini qanunsuz məhdudlaşdırma və ya onların fəaliyyətinə başqa cür qanunsuz müdaxilə etmə, bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə törədildikdə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır

Xeyr. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddəsinə əsasən, heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz

Cinayət prosesi zamanı zərər çəkmiş şəxsin qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkil, həmçinin zərər çəkmiş fiziki şəxsin yaxın qohumu, habelə zərər çəkmiş hüquqi şəxsin qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləridir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 588-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

Bütün suallar