Xarici diplomların tanınması və ya təsdiq edilməsi (nostrifikasiya)

Xarici diplomların tanınması ilə siz Azərbaycanda təhsilinizi davam etdirə və işləyə bilərsiniz. Bunun üçün siz Təhsil Nazirliyinə müraciət etməlisiniz. Tanınma prosesi zamanı bir çox sənədlər tələb olunur, müsahibə keçirilir və sizin təhsil aldığınız ölkəyə gediş-gəlişiniz yoxlanılır.

Xaricdə təhsil almısınızsa və diplom təsdiq etmək istəyirsinizsə (nostrifikasiya), biz sizə kömək edə bilərik! Tanınma Nazirlər Kabinetinin 64 saylı qərarı ilə tənzimlənir və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Müraciət onlayn olsa da, burada bir çox sənədlər tələb olunur. Bu sənədlər aşağıdakılardır:

Bakalavriat:

  • ali təhsil haqqında sənəd (diplom) və ona aid apostilin əsli;
  • ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin əsli;
  • ali təhsil haqqında sənəd (diplomun) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi;
  • ali təhsil haqqında sənədə əlavə (transkript) və ona aid apostilin notariat qaydada təsdiq olunmuş Azərbaycan dilində tərcüməsi;
  • şəxsiyyət vəsiqəsinin elektron surəti [skan] (xarici ölkə vətəndaşları - daimi/müvəqqəti yaşama icazəsi);
  • ümumvətəndaş (xarici) pasportunun elektron surəti [skan] (şəkil olan və sərhədkeçməni bildirən bütün möhürlü səhifələri);
  • hərbi biletin və ya hərbi xidmətin qeydiyyatı haqqında arayışın elektron surəti [skan].

Magistratura:

  • bakalavriat səviyyəsi üzrə ali təhsil haqqında sənədin (diplom) elektron surəti [skan];
  • şəxsiyyət vəsiqəsinin elektron surəti [skan] (xarici ölkə vətəndaşları - daimi/müvəqqəti yaşama icazəsi);
  • ümumvətəndaş (xarici) pasportunun elektron surəti [skan] (şəkil olan və sərhədkeçməni bildirən bütün möhürlü səhifələri);
  • hərbi biletin və ya hərbi xidmətin qeydiyyatı haqqında arayışın elektron surəti [skan].

Tələbolunan sənədlərin düzgünlüyü və tamlığı sizin müraciətinizə böyük təsir göstərir. Təhsil aldığınız ali təhsil müəssisəsi, təhsil forması, dərsləriniz, keçdiyiniz praktika, profiliniz, təhsil aldığınız ölkəyə gediş-gəlişiniz də həmçinin tanınma prosesinə təsir edir. Əlavə olaraq tanınma zamanı müsahibədə göstərəcəyiniz nəticə də diplomunuz tanınması nəzərə alınır.

Bu prosesdə problemlə qaşılaşmamağınız üçün biz sizə öz dəstəyimizi təklif edirik. Əlavə məlumat üçün bizə müraciət edin!

Qeyd edək ki, bu proses bəzən nastrifikasiya olaraq da tanınır