Sosial-təminat hüququ ilə bağlı xidmətlər əmək pensiyaları və sosial müavinətlərin təyin edilməsi, ünvanlı dövlət sosial yardım, müavinət və təqaüdlərin alınması, əlilliyin müəyyən edilməsi və bu hüquqla bağlı olan digər münasibətlərdir. Bu hüquq yalnız Azərbaycan Respublikası vətəndaşlarına deyil, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə aid edilir.