Əlilliyin müəyyən edilməsi

Əlilliyin müəyyən edilməsi müddətləri və müəyyən edilməsi üçün lazımi tədbirlərin görülməsi, eləcə də əlilliyi olan şəxslərin reabilitasiyası üçün müvafiq orqanlara müraciət və yazışmalar zamanı qanuna müvafiq tədbirlərdən istifadə edərək hüquqlarınızın qorunması artıq daha asandır.

Son dövrlərdə istər ekoloji vəziyyətin dəyişməsi, istər yediyimiz qidaların təsiri, istərsə də genetik və s. faktorlar səbəbi ilə fiziki qüsurlu (əlilliyi olan) şəxslərin sayı xeyli artıb. Fiziki qüsurlar səbəbi ilə həyata bir addım geridən başlamalı olan bu şəxslərin problemləri bununla da bitmir. Belə ki, fiziki qüsurlu şəxslər bir çox hallarda öz hüquqlarını tam şəkildə həyata keçirə bilmirlər və əmək fəaliyyəti zamanı bir sıra çətinliklərlə üzləşirlər.

Lakin belə vətəndaşlara əmək qabiliyyətini tam şəkildə həyata keçirə bilmədikləri üçün müəyyən müavinətlər ödənməli, zəruri hallarda isə onların müalicələri dövlət hesabına həyata keçirilməlidir. Bu prosedurun özü isə bir sıra prosesual qaydaların izlənməsi və şərtlərin yerinə yetirilməsini tələb edir.

İlkin mərhələ əlilliyin müəyyən edilməsindən ibarətdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin 2-ci maddəsində təsbit edilir ki, birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun.

Əlilliyin müəyyən olunması müddətləri

Əlilliyin müəyyən olunması müddətləri “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin 4-cü maddəsində öz əksini tapmışdır. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir.

Əsasnamənin 4-cü maddəsinə əsasən, ikinci və üçüncü dərəcəli əlillik 5  il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

Bu məsələ ilə bağlı peşəkar hüquqşünaslar tərəfindən zəruri sənədlərin toplanması və rəsmi təsdiq edilməsi sizə müəyyən yardımlar göstərəcəkdir. Çünki lazımi sənədlər əlilliyin təsdiqi və hansı növ müavinətin təyin edilməsi üçün vacib əhəmiyyət kəsb edən faktordur.

Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.

Əlilliyi olan şəxslərin reabilitasiyası

“Əlilliyi olan şəxslərin reabilitasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, dövlət əlilliyi olan şəxslərə maksimum müstəqilliyə, fiziki, əqli, sosial və peşəkar qabiliyyətlərə nail olmaq və bunları qoruyub saxlamaq imkanı verir.

Eləcə də əlilliyi olan şəxslərin reabilitasiyası Fərdi Reabilitasiya Proqramı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Dövlət müəssisələri, idarələri və təşkilatları Fərdi Reabilitasiya Proqramının icrasını təmin etməlidirlər.

Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır.

Əlilliyin müəyyən edilməsi ilə bağlı hüquqi xidmət

Əlilliyin müəyyən edilməsi məsələsi ilə bağlı biz zəruri sənədlərin toplanması və rəsmi təsdiq edilməsi üzrə sizə müəyyən hüquqi xidmət göstəririk. Çünki lazımi sənədlər bir növ əlilliyin təsdiqi və hansı növ müavinətin təyin edilməsi üçün vacib əhəmiyyət kəsb edir.

Daha sonra, zəruri hallarda məhkəmələrdə və digər dövlət orqanlarında təmsilçilik xidmətləri yer alır. Bu halda da ilk olaraq sizin kömək üçün müraciət etməli olduğunuz ünvan LEGALSTORE hüquq şirkətidir!

Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs