Cinayət-hüquqi xarakterli tədbirlər

Cinayət-hüquqi xarakterli tədbirlərin yerinə yetirilməsi ilə bağlı prosessual hərəkətlərin həyata keçirilməsi, növü və hədləri, eləcə də tətbiqinin əsasları qanunvericiliyin tələblərinə uyğun qaydada gerçəkləşdirilir. Bu qaydalar fiziki və hüquqi şəxslərə qarşı eyni ədalətlə həyata keçirilməlidir.

Cəzaların icrasının və məhkumlara cinayət-hüquqi xarakterli tədbirlərin tətbiqinin əsaslarını məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, eləcə də amnistiya və ya əfvetmə aktları təşkil edir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən, cəza məhkəmənin hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab olunan şəxsə tətbiq edilir və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən qadağalar yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

Maddənin məzmunundan da aydın olduğu kimi, cəza tətbiq edilən şəxs bir sıra məhrumiyyətlərə məruz qalır. Eləcə də ən ciddi cəza növü olan azadlıqdan məhrumetmə cəzasına məruz qaldıqda isə şəxs ona məxsus ən ali nemət olan azadlığından məhrum olur.

Qeyd etmək lazımdır ki, cəzanın tətbiqi təkcə şəxsin cəza çəkdiyi müddətlə bitmir, sonrakı dövrdə onun üçün müəyyən məhrumiyyətlər yaradır. Belə ki, cəzanın tətbiqi hüquqi nəticə olaraq məhkumluq yaradır. Məhkumluq qazanmış şəxs gələcəkdə müəyyən vəzifə tutmaq hüququnu itirir və sosial həyatda bir sıra çətinliklərlə üzləşir.

Hüquqi şəxslərə qarşı tətbiq edilən cinayət-hüquqi tədbirlər

Hüquqi şəxslərə qarşı tətbiq edilən cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxslərə, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxslərə, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslərə və yaxud digər səlahiyyətli fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir.

Cinayət Məcəlləsinin 99-cu maddəsində göstərilir ki, hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayət törətmiş şəxs Cinayət Məcəlləsinin 75-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edildikdə, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz.

Məhkəmə tərəfindən cinayət-hüquqi tədbirin təyin edilməsi ilə bağlı qərar qəbul olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda bu zaman cinayət-hüquqi tədbirlər hüquqi şəxsin hüquqi varisinə təyin olunur. Məhkəmə tərəfindən cinayət-hüquqi tədbirin təyin edilməsi ilə bağlı qərar qəbul olunduğu vaxtdan tam icra olunana və ya ləğv olunanadək hüquqi şəxsin yenidən təşkil olunması, yaxud ləğv edilməsi qadağandır.

Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi xarakterli tədbirlər aşağıdakılardır:

  • Cərimə;
  • Xüsusi müsadirə;
  • Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;
  • Hüquqi şəxsi ləğv etmə;
  • Xüsusi müsadirə.

Hüquqi şəxslərə tətbiq olunacaq cinayət-hüquqi tədbirlərin növü və həddi Cinayət Məcəlləsinin 99-cu maddəsi ilə müəyyən olunur. Bu zaman aşağıdakı hallar nəzərə alınır:

  • Cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi;
  • Cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi;
  • Cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı;
  • Cinayətin açılması, onun iştirakçılarının ifşa edilməsi, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə;
  • Cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş hüquqi şəxs tərəfindən görülən digər tədbirlər;
  • Hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən əvvəllər onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi, yaxud xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması.

Cinayət-hüquqi xarakterli tədbirlərlə bağlı hüquqi xidmətlər

Müştərilər üçün göstərdiyimiz xidmətlərə cinayət-hüquqi xarakterli tədbirlər zamanı tərəfin hüquqlarının məhkəmə, istintaq və digər dövlət qurumlarında müdafiəsi, fiziki və hüquqi şəxslərə qanunsuz təyin olunmuş cərimələr və digər cinayət-hüquq xarakterli tədbirlər zamanı lazımi işlərin görülməsi, dəlillərin toplanması və hüquqi prosedurlarda iştirak ən yüksək səviyyədə həyata keçirilir.

Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs