Virtual köməkçi xidməti

Qeyri-rezidentlər müvafiq sertifikatı əldə etdikdən sonra ölkə ərazisində biznes fəliyyətlərini həyata keçirirlər. Bu zaman onlara daxil olan və göndərilən sənədlərin qeydə alınması, ölkə daxili əlaqələndiricilik funksiyasının təmin olunması və şirkətin təmsilçiliyi üçün virtual köməkçi xidmətini təqdim edirik.

Bu xidmətdən  yararlanmaq üçün aylıq 49 AZN ($29) dəyərində ödəniş edilməlidir. 

Xidmətdən yararlanmaq üçün səhifənin aşağısıdan müraciət edin. Ödəniş daha sonra sizə göndəriləcək link vasitəsilə ediləcək.

Əgər ölkə xaricində yaşayırsınızsa və Azərbaycan Respublikasında biznes sahibisinizsə, ölkədə sizi və sizin şirkəti təmsil edəcək virtual köməkçi lazım ola bilər. Sözügedən köməkçi daxil olan və göndərilən sənədlərin qeydə alınması, ölkə daxili əlaqələndiricilik funksiyasının təmin olunması və şirkətin Azərbaycanda təmsilçiliyi üçün sizə dəstək olacaq.

Yuxarıda qeyd olunanlardan aydındır ki, bu xidmət öz biznesini Azərbaycan Respublikasında qurmaq istəyən qeyri-rezidentlər üçün çox əlverişlidir.  Lakin ölkədə fəaliyyət göstərmək üçün qeyri-rezidentlər Rəqəmsal Ticarət Qovşağı portal vasitəsi ilə müraciət göndərib, “e-qeyri-rezident” altsistemində qeydiyyatdan keçir və  Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlardan mobil elektron imza sertifikatını əldə edir.

Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixi, 1598 saylı nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə, qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın 2-ci maddəsində göstərilir ki, sertifikat almaq istəyən qeyri-rezident portala daxil olaraq, əlavədə müəyyən olunan ərizə formasını real vaxt rejimində doldurur və ödənişi portal vasitəsilə onlayn qaydada həyata keçirir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

Qeyri-rezidentin şəxsiyyətini təsdiq edən sənədin (pasport və ya şəxsiyyət vəsiqəsi) surəti;

Biometrik identifikasiya tələblərinə uyğun 1 ədəd rəngli fotoşəkil (3,5x4,5 sm ölçüdə);

Müraciəti qeyri-rezidentin nümayəndəsi etdikdə, qeyri-rezident adından çıxış etmək səlahiyyəti olan şəxsə verilən etibarnamə.

Daha sonra, Qaydada təsbit edildiyi kimi, qeyri-rezident elektron ərizəsində “E-imza” və ya “ASAN imza” sertifikatı, habelə “Biznes” sertifikatı və ya “Şəxsi” sertifikat almaq istəyi ilə bağlı müvafiq xananı qeyd edir. Qeyri-rezident elektron ərizəsində “ASAN imza” sertifikatı almaq istədiyini qeyd etdiyi təqdirdə, müvafiq mobil operatoru və mobil nömrəni seçir, bununla bağlı ödənişi portal vasitəsilə onlayn qaydada ödəyir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıq aşkar edilmədikdə, mərkəz elektron imza sertifikatının verilməsi barədə qərar qəbul edir. Həmin qərar və qeyri-rezidentlə mərkəz arasında sertifikatın verilməsinə dair müqavilə təsdiqlənərək qeyri-rezident tərəfindən də təsdiqlənməsi üçün diplomatik nümayəndəliyə göndərilir. Bu barədə portal vasitəsilə real vaxt rejimində müraciət edən şəxsin ərizəsində qeyd olunmuş elektron poçt ünvanına və ya mobil nömrəsinə (SMS vasitəsilə) bildiriş göndərilir.

Qərar diplomatik nümayəndəliyə daxil olduqdan sonra 1 iş günü müddətində qeyri-rezident həmin diplomatik nümayəndəliyə dəvət edilir və sertifikatın verilməsi ilə bağlı müqavilə, “ASAN imza” sertifikatı əldə etdikdə isə, həmçinin həmin sim kartdan istifadəyə dair müqavilə imzalanmaq üçün qeyri-rezidentə təqdim edilir.

Virtual köməkçi ilə bağlı hüquqi xidmət

Yuxarıda da qeyd etdiyimiz kimi, xaricdə yaşayan və Azərbaycan Respublikasında biznes sahibi olan fiziki və hüquqi şəxslərin onları təmsil edəcək köməkçiyə həmişə ehtiyacları vardır. Bu prizmadan çıxış edərək, Sizlərə Virtual Köməkçi Xidməti təklif olunur. Bu xidmətdən istifadə edərək, müştərilər ölkə daxili əlaqələndiricilik funksiyasını və şirkətin Azərbaycan Respublikasında təmsilçiliyini təmin edə biləcəklər.

Virtual köməkçi xidmətindən yararlanmaq üçün bizə müraciət edin, çünki Legal Store müvafiq xidmət üzrə Azərbaycan Respublikasında ən yaxşısıdır!

Virtual köməkçi xidmət göstərdiyi partnyotrların rəsmi əməkdaşı deyil və yalnız olan və göndərilən sənədlərin qeydə alınması, ölkə daxili əlaqələndiricilik funksiyasının təmin olunması və şirkətin Azərbaycanda təmsilçiliyi üçün onlara dəstək verir.

Bu xidmətdən  yararlanmaq üçün aylıq 49 AZN ($29) dəyərində ödəniş edilməlidir.

Xidmətdən yararlanmaq üçün səhifənin aşağısıdan müraciət edin. Ödəniş daha sonra sizə göndəriləcək link vasitəsilə ediləcək.

Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs