Nizamnamələrin və əsasnamələrin tərtib edilməsi

Nizamnamələrin və əsasnamələrin tərtib edilməsi hüquqi şəxsin yaradılmasında ilkin mərhələ hesab olunur. Bu təsis sənədlərinin düzgün və qanunvericilikdə edilmiş son dəyişikliklərə uyğun olaraq hazırlanması prosesində etibarlı hüquqi xidmətlərin alınması ən başlıca şərtdir.

Müəssisələrin yaradılması üçün ilkin addım olan və onların işinin təşkilini təsvir edən nizamnamələrin və əsasnamələrin tərtib edilməsi çox vacib məsələdir. Təsis sənədləri hesab olunan nizamnamə və əsasnamələr özündə ümumi müddəaları, müəssisənin fəaliyyəti, müəssisənin nizamnamə kapitalı, idarəolunma qaydaları, müəssisənin ləğv olunması, digər müddəalar kimi bəndləri ehtiva etməlidir.

Nizamnamə nədir?

Nizamnamə hansısa dövlət orqanı, müəssisə və ya təşkilatın müəyyən sahədə fəaliyyətini və işinin təşkilini tənzimləyən hüquqi sənəd sayılır. Dövlət təşkilatlarının nizamnamələri ali dövlət orqanları, təşkilatların nizamnamələri isə onların təsisçiləri tərəfindən təsdiq edilir. 

Mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasında nizamnamələrin qeydə alıması işi Vergilər Nazirliyinin “Bir pəncərə” sistemi vasitəsi ilə aparılır.

Nizamnamə kapitalı nədir?

Nizamnamə kapitalı pul, yaxud qeyri pul formasında olub, təşkilatların maliyyə vəziyyətləri barədə təsəvvür yaratmağa imkan verir. Nizamnamə kapitalının dəyişdirilməsi qanunvericiliyə uyğun şəkildə həyata keçirilir. Nizamnamə kapitalı gələcəkdə mənfəət əldə etmək məqsədi ilə həyata keçirilən fəaliyyət üçün ilkin addımdır.

Təşkilatın yaradılma məqsədindən və onun təşkilati-hüquqi formasından asılı olaraq nizamnamə kapitalının qayda və şərtləri müxtəlif olur. Kommersiya və ya qeyri-kommersiya formalara malik olan təşkilatların nizamnamə kapitalının formalaşdırılması qaydaları Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə tənzimlənir.

Əsasnamə nədir?

Əsasnamə elə bir hüquqi aktdır ki, idarə və müəssisələrin yaradılma qaydalarını, hüquq və vəzifələrinin quruluşunu, bütünlüklə işlərinin təşkilini müəyyən edir. Əsasnamə yeni idarə və təşkilat yaradılan zaman tərtib edilir. Əsasnamə 4 bölmədən ibarət olur. 

Ümumi bölmədə istehsal adı, idarənin idarəetmə sistemində tutduğu yer, bölmənin tərkibi, quruluşu və ştat vahidlərinin təsdiqi qaydası yer alır.

İkinci bölmə vəzifə və funksiyaları əhatə edir ki, burda daxili təsərrüfat bölməsinin əsas istiqaməti, qarşıya qoyulan vəzifənin yerinə yetirilməsi ilə bağlı yeni texnikanın tətbiqi yer alır.

Üçüncü bölmə özündə hüququ ehtiva edir, yəni hüquqi prosedurlar və nəticələri barədə göstərişlər yer alır.

Dördüncü bölmə isə istehsal bölməsinin idarə edilməsində işlərin təşkili ilə bağlıdır. Burada bölmənin idarə edilməsində təsərrüfat rəhbərinin təsdiq etdiyi ştat cədvəlinə əsasən istehsal şöbəsinə rəhbərlik edən vəzifəli şəxsin adı, onların işə qəbul və azad edilməsi, bölmənin struktur vahidi göstərilir.

Nizamnamələrin və əsasnamələrin tərtib edilməsi ilə bağlı hüquqi xidmət

LEGALSTORE şirkətinin ixtisaslı hüquqşünasları bu sahədə sizə ideal hüquqi xidmətlər təklif edir. Belə ki, hüquqi şəxslərin yaradılması üçün ilkin addım olan və onların işinin təşkilini təsvir edən nizamnamə və əsasnamələrin qanunvericiliyə uyğun olaraq tərtib edilməsini bizə etibar edə bilərsiniz.

Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs