Mülki hüquq öhdəliklərinin icrası

Mülki hüquq öhdəliklərinin icrasının təmin edilməsi, öhdəliyin naturada icrası və ya öhdəliyin icra edilməməsi kimi məsələlərdə etibarlı hüquqi xidmətin göstərilməsi şərtdir. Öhdəliklərin icrası ilə bağlı yaranan mübahisələrin həlli qanunvericiliyə uyğun olaraq tətbiq edilir.

Qanunvericiliyə əsasən mülki hüquq öhdəliklərinin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Bu üsulların hər biri mülki hüquq qanunvericiliyi ilə tənzimlənir.

Öhdəlik hüququ

Öhdəlik hüququ mülki qanunvericiliyin ən geniş sahələrindən biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, öhdəlik hüququ dedikdə, bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və digər hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 

Göründüyü kimi, öhdəlik hüququ tərəflərdən birinə vəzifələr, digərinə isə hüquqlar verir.

Öhdəliklərin təmin edilməsi

Öhdəliklərin təmin edilməsi girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və Azərbaycan Respublikasının Mülki Məcəlləsində və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Əgər öhdəliyin icrasının təmin edilməsi barədə razılaşma etibarsızdırsa, bu hal əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı isə onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur.

Öhdəliklərin icra edilməməsi

Bununla yanaşı mülki hüquqda öhdəliklərin icra edilməməsi anlayışı vardır ki, bu da öhdəliklərin pozulması və ya vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi kimi başa düşülür.

Əlbəttə ki, bu öhdəliklərin icra edilməməsi müəyyən məsuliyyətə səbəb olur. Onu da qeyd etmək lazımdır ki, borclu yalnız o halda məsuliyyətdən azad olur ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini sübuta yetirə bilsin.

Öhdəliyin naturada icrası

Öhdəliyin naturada icrası qaydası öz əksini Azərbaycan Respublikasının Mülki Məcəlləsində tapmışdır. Mülki Məcəllənin 460-cı maddəsinə əsasən, borclu öhdəliyi lazımınca icra etməyibsə dəbbə pulunun və zərərin əvəzinin ödənilməsi onu öhdəliyin naturada icrasından azad etmir. Lakin borclu öhdəliyi yerinə yetirmədiyi halda zərərin əvəzini və dəbbə pulunu ödəyərsə, bu hal onu öhdəliyin naturada icrasından azad edir.

Bunlardan əlavə, Mülki Məcəllənin 450-ci maddəsində göstərilir ki, “Kreditorun gecikdirilmə nəticəsində marağını itirdiyi icranı qəbul etməkdən imtina etməsi, habelə peşman haqqı kimi müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsi borclunu öhdəliyin naturada icrasından azad edir.”

Mülki hüquq öhdəliyinin icrası ilə bağlı hüquqi xidmət

Mülki hüquq öhdəliyinin icrası ilə bağlı hüquqi xidmətlərin göstərilməsini LEGALSTORE şirkətinin peşəkar hüquqşünaslarına etibar edə bilərsiniz. Biz bu sahədə fiziki və hüquqi şəxslərə ən qısa zamanda şifahi və yazılı qaydada, o cümlədən onlayn rejimdə konsultasiya və ya elektron qaydada hüquqi xidmətlərin göstərilməsini təmin edirik.

Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs