Şirkətin yenidən təşkili, ləğvi, müflis elan olunması

Şirkətin yenidən təşkili ilə bağlı sənədlərin hazırlanması, yenidən təşkilin həyata keçirilməsi, şirkətin ləğvi və müflis elan olunması prosesləri zamanı hüquqi yardımların göstərilməsi qanunvericilikdə göstərilən qaydada və beynəlxalq normalara uyğun həyata keçirilməlidir.

Hüquqi şəxslərin yenidən təşkili, ləğvi və müflis elan olunması qanunla müəyyənləşdirilmiş qaydada normativ-hüquqi aktlara əsasən tənzimlənir. 

Hüquqi şəxsin yenidən təşkili

Hüquqi şəxsin yenidən təşkili hüquqi şəxsin təsisçilərinin və ya nizamnamə ilə vəkil edilmiş orqanın qərarı ilə ola bilər. Qanunla müəyyən edilən hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir neçə hüquqi şəxsin ayrılması şəklində gerçəkləşən yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir. Şirkətlərin yenidən təşkilinin aşağıdakı formaları vardır:

  1. Qoşulma
  2. Birləşmə
  3. Çevrilmə
  4. Bölünmə
  5. Ayrılma

Şirkətlərin qoşulma, birləşməçevrilmə zamanı kreditorlar qarşısındakı hüquq və öhdəlikləri təhvil aktına əsasən hüquqi varislərə keçir. Bölünmə və və ayrılma zamanı isə bölünmə balansına əsasən yeni yaranmış şirkətlərə keçir.

Hüquqi şəxslərin ləğv edilmə qaydaları

Hüquqi şəxslərin ləğv edilmə qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Belə ki, onun mövcudluğuna, hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilərək həyata keçirilir.

Mülki Məcəllənin 59-cu maddəsinə əsasən, təsisçilərin və ya nizamnamə ilə buna vəkil edilmiş orqanın qərarı ilə, hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda və hüquqi şəxsin müflis elan edilməsi onun ləğv edilməsinə əsas ola bilər.

Hüquqi şəxslərin müflis elan edilməsi

Hüquqi şəxs məhkəmə qərarı əsasında müflis elan olunur. Bu hal hüquqi şəxsin kreditorların tələblərini ödəyə bilmədiyi zaman baş verir. “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki: "İflas haqqında işin qaldırılması üçün kreditorun ya da borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır". Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar əsasında təqdim oluna bilər. 

Bu qanun banklara və publik hüquqi şəxslərə şamil edilmir.

Qanunda həmçinin təsbit edilir ki, dövlətin vəkil etdiyi hüquqi və fiziki şəxslər tərəfindən də məhkəməyə iflas haqqında iddia ərizəsi təqdim oluna bilər. Borclu fərdi borclu olduğu halda ərizəni onun özü və ya nümayəndəsi verir. 

Müstəsna hallarda borclu müəssisələrin iflas prosesinə onların iştirakı olmadan da başlana bilər.

Şirkətin yenidən təşkili, ləğvi və müflis elan olunması ilə bağlı hüquqi xidmət

Şirkətinizin yenidən təşkili, ləğvi və müflis elan olunması ilə bağlı sənədlərin hazırlanması, o cümlədən yenidən təşkilin həyata keçirilməsi ilə bağlı hüquqi prosedurların həyata keçirilməsini bizə həvalə edə bilərsiniz. Peşəkar hüquqşünaslarımız şirkətin ləğvi, müflis elan olunması ilə bağlı prosedurların həyata keçirilməsində Sizə ən düzgün hüquqi yardım göstərəcəkdir.

Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs