Şirkətlər üçün tender (satınalma) layihələrinin tərtib olunması

Şirkətlər üçün tender layihələrinin qanunvericiliyə uyğun olaraq tərtib olunması üçün hüquqi yardım göstərilməsi, o cümlədən tenderin keçirilmə qaydası, elanı, əsas şərtlər toplusuna riayət edilməsi ilə bağlı düzgün məsləhətlərin verilməsi üçün etibarlı ünvana müraciət etmək atılacaq ilk addımdır.

Şirkətlər üçün tender (satınalma) qaydaları layihələrinin tərtib olunması, əsas şərtlər toplusuna riayət etməklə satınalmaların aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkili qanunvericiliklə təmin edilir.

Tender nədir?

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda tender anlayışı öz əksini belə tapmışdır: “Tender-satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların kağız daşıyıcıda və ya elektron formada təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədilə keçirilən müsabiqədir.” 

Dövlət satınalmaları ilə bağlı münasibətlər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları ilə tənzimlənir.

Onu da qeyd etmək lazımdır ki, dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxs, o cümlədən hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər.

Tender necə keçirilir?

Tender prosesi tender komissiyası tərəfindən müəyyən olunmuş yerdə və vaxtda tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş prosedurlara müvafiq olaraq aparılır və tender təklifləri daxil olduqları ardıcıllıqla açılır. Tender prosesinin açılışında iştirak edən şəxslərə hər bir iddiaçının adı, ünvanı, tender təklifinin qiyməti, tender təklifinin təminatı elan olunur.

Tender elanı

Tender elanı, başqa sözlə desək tender dəvəti ən vacib məqamlardan biridir. Tender elanında onu keçirən haqqında məlumat, tender prosedurlarının başlanması vaxtı və yeri, nəzərdə tutulduğu halda satınalma müqaviləsi ilə əlaqədar vergi və rüsum güzəştləri, tenderdə iştirak üçün tələb olunan sənədlər, əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi göstərilir. 

Bunlardan başqa tender təklifinin təminatı şərtləri, göndəriləcək malların adı, miqdarı, çatdırılacağı yer, görüləcək işlərin xüsusiyyəti və yeri, göstəriləcək xidmətlərin təsviri və yeri, malların göndərilməsinin və işlərin başa çatdırılmasının tələb olunan müddətləri və ya xidmət göstərilməsinin qrafiki, iştirak haqqının məbləği və ödənilməsi qaydası, tenderin əsas şərtlər toplusunun tərtib olunduğu dil və ya dillər, tender təkliflərinin verilməsinin son tarixi və yeri və digər məlumatlar da əks etdirilir.

Şirkətlər üçün tender (satınalma) layihələri ilə bağlı hüquqi xidmət

LEGALSTORE şirkətlər üçün tender (satınalma) qaydaları layihələrinin tərtib olunmasını, əsas şərtlər toplusuna riayət etməklə satınalmaların aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkilini təmin etmək üçün hüquqi xidmət təklif edir.


Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs