Virtual ünvan xidməti

Virtual ünvan xidməti vasitəsilə şirkətinizi ofisimizin hüquqi ünvanından istifadə edərək qeydiyyatdan keçirə bilərsiniz. Son illərdəki texnoloji inkişaflar artıq bu prosesi daha səmərəli və təhlükəsiz həyata keçirməyinizə imkan yaradır. Qanunla təsbit olunan bu hüququnuzu bizimlə həyata keçirə bilərsiniz.

Bu xidmətdən  yararlanmaq üçün aylıq 100 manat ($59) dəyərində ödəniş edilməlidir. 

Xidmətdən yararlanmaq üçün səhifənin aşağısıdan müraciət edin. Ödəniş daha sonra sizə göndəriləcək link vasitəsilə ediləcək.

Azərbaycan Respublikasında hüquqi şəxsin qeydiyyatını aparmaq istəyən elektron və mobil rezidentlər, ölkə xaricində yaşayan vətəndaşlarımız, qeyri-rezidentlər şirkətin qeydiyyatda olacağı ünvanı təqdim etməlidirlər. Biznesinizi qeydiyyata almaq üçün Sizə virtual ünvan xidmətini təqdim edirik.

Qeyd edək ki, Azərbaycan Rəqəmsal Ticarət Qovşağı vasitəsilə dünyada ilk m-Rezidentlik və ikinci e-Rezidentlik təqdim edən ölkədir. Təqdim olunan m-Rezidentlike-Rezidentlik vasitəsilə aparılan bütün sənədləşmə prosesləri təhlükəsizdir.

Bunlarla yanaşı xidmətlər sırasında qeyri-rezidentlər üçün olan e-Company vasitəsilə sahibkarlar artıq onlayn şəkildə öz şirkətini qurma fürsəti əldə edirlər.

Qeyri-rezidentlərə biznes imkanı

Texnologiyanın surətli inkişafı insan həyatının bütün sahələrinə öz təsirini göstərir. Qloballaşan cəmiyyətdə artıq rezidentlərlə yanaşı qeyri-rezidentlər də dünyanın müxtəlif ölkələrində biznes imkanlarını yarada və inkişaf elətdirə bilərlər.

Qanunvericilikdə qeyri-rezidentlər–xarici ölkədə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslər sayılırlar.

İqtisadiyyatın, ticarətin, eləcə də qeyri-neft sektorunun inkişafına təkan verərək bu sahədə olan yenilikləri qanunla tənzimləmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli 1598 nömrəli fərmanı ilə “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi” Qaydası təsdiq edilmişdir. Bu Qayda qeyri–rezidentlərə “Biznes” sertifikatı və “Şəxsi” sertifikat əldə edərək fəaliyyət göstərməklərinə xidmət edir.

“Biznes” sertifikatı xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə verilən, elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən, möhür kimi istifadə edilən və əlavə olaraq imzanın xüsusi təyinatı, onun istifadə sahəsi, möhür üzərindəki mətn və bu möhürün aid olduğu vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) qeyd edilən gücləndirilmiş elektron imzanın təkmil sertifikatıdır.

“Şəxsi” sertifikatı isə xarici ölkədə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına verilən, yalnız elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən gücləndirilmiş elektron imzanın təkmil sertifikatı hesab olunur.

Təsdiq edilmiş bu qayda qeyri-rezident anlayışı ilə əhatə olunmayan digər şəxslərə elektron imzanın verilməsi ilə bağlı münasibətlərə şamil edilmir.

Virtual ünvanla bağlı hüquqi xidmət

Legal Store biznesinizi qeydiyyata almaq üçün virtual ünvan xidməti təqdim edir!

Legal Store şirkətinin yeləşdiyi inzibati binada, işlək ofisimizdə sizin də biznesiniz virtual olaraq təmsil olunacaq. Fiziki və hüquqi şəxs olan qeyri-rezidentlər artıq öz fəaliyyətlərini elektron qaydada, eləcə də virtual ünvan xidmətimizdən istifadə edərək reallaşdıra bilərlər. Əminliklə deyə bilərik ki, Azərbaycanda ən etibarlı Virtual Ünvan Xidməti bizdədir.

Bu xidmətdən  yararlanmaq üçün aylıq 100 manat ($59) dəyərində ödəniş edilməlidir. 

Xidmətdən yararlanmaq üçün səhifənin aşağısıdan müraciət edin. Ödəniş daha sonra sizə göndəriləcək link vasitəsilə ediləcək.

Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs