Vergi orqanlarında və məhkəmələrdə təmsilçilik

Vergi orqanlarına şikayət, onların qərarlarının məhkəmədə mübahisələndirilməsi, iddiaların qaldırılması, müvafiq orqanlarda təmsilçilik işlərini bu sahədə təcrübəli və peşəkar hüquqşünaslar tərəfindən hüquqi yardım almaqla daha asan həll edə bilərsiniz.

Vergi ödəyiciləri öz hüquqlarının tələbi və ya pozulması ilə bağlı vergi orqanlarında və məhkəmələrdə təmsilçilik yolu ilə çıxış edə bilərlər. Vergi ödəyiciləri və büdcəyə vergi ödəyən digər şəxslər maliyyə itkilərini geri qaytarmaq məqsədilə öz hüquqlarını tələb edə bilərlər. Qanunverciliyə əsasən, şəxslər bu hüquqlarını məhkəmədən kənar və məhkəmə qaydasında icra edə bilərlər.

Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən, vergi ödəyən şəxslər vergi orqanlarının qərarlarından, o cümlədən vəzifəli şəxslərin hərəkətlərindən şikayət etmək hüququna malikdirlər. Onlar qanunla müəyyən edilmiş qaydada həm yuxarı vergi orqanına, həm də məhkəməyə müraciət edə bilərlər.     

Vergi orqanlarına şikayət

Vergi orqanlarına şikayət etmək inzibati qaydada hüquqların müdafiə etmə üsuludur. Vətəndaşlar qanunla qorunan hüquqlarının pozulması nəticəsində dövlət orqanlarına müraciət etmək və müəyyən müddətdə yazılı şəkildə cavab almaq hüququna sahibdirlər.

Eləcə də vergi ödəyiciləri öz hüquqlarının pozulmasından xəbər tutduqları gündən və ya bilməli olduqları gündən 3 ay müddətində vergi orqanlarına müraciət etməlidirlər. Əgər bu müddət üzürlü səbəbdən buraxılarsa vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən müddət bərpa edilə bilər.

Vergi orqanında həmin şikayətə 30 gün müddətində baxılmalı və 10 gün müddətində yazılı cavab verilməlidir. Şikayətin verilməsi aktın icrasını dayandırmır. Bəzi hallarda vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı deyilsə, qərarın icrası şikayətə baxan vergi orqanı tərəfindən qanunvericiliyə uyğun olmayan hallarda tam və ya qismən dayandırıla bilər. Lakin maliyyə sanksiyalarında şikayətə dair vergi orqanının son qərarı qəbul edilənədək vergi ödəyicisinin qərarın icrasını yerinə yetirməmək hüququ vardır.

Vergi ödəyicilərinin hüquq və mənafelərinin qanuni müdafiəsini yerinə yetirən vergi orqanı qismində Azərbaycan Respublikasının Vergilər Nazirliyi çıxış edir. Bu məqsədlə Baş nazir tərəfindən “Vergi orqanlarının qərarlarında və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) vergi ödəyicilərinin şikayətlərinə baxılması üzrə komissiyanın yaradılması barədə” əmr imzalanmışdır. 

Əmrdə göstərilir ki, Vergilər Nazirliyinin vəzifəli şəxslərindən ibarət komissiya ayda iki dəfədən az olmamaqla keçirilən iclaslarda vergi ödəyicilərinin şikayətlərinə vaxtında və obyektiv baxmalıdırlar.

Məhkəməyə şikayət

Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsilə məhkəmə qaydasında müdafiə olunmaq hüququ təsbit edilmişdir. Belə ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 

O cümlədən vergi ödəyicilərinin də bu hüquqları hər hansı qanunvericilik aktları ilə məhdudlaşdırıla bilməz və yuxarı vergi orqanına verilib-verilmədiyindən asılı olmayaraq həyata keçirilə bilər. İddia ərizələrinə mübahisələrin aidiyyətı üzrə ümumi məhkəmələrdə və iqtisad məhkəmələrində baxılır.

Vergi ödəyicisi fərdi sahibkar olmayan fiziki şəxs olduqda mübahisələrə ümumi məhkəmələrdə baxılır. Şəxs fərdi sahibkar olsa da mübahisə onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmamışsa, o halda da şikayətlərə ümumi məhkəmələrdə baxılır.

Yerli iqtisad məhkəmələrinə vergi orqanlarının qərarlarından və onların vəzifəli şəxslərinin hərəkətlərindən şikayət vergi ödəyicisi olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən verilə bilər. Vergi ödəyiciləri tərəfindən şikayət ərizələri vergi orqanlarının olduğu yer üzrə birinci instansiya məhkəməsində, iqtisad məhkəməsində və ya beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsində baxılır.

Ərizəyə baxılmaqdan imtina edildikdə, ərizə geri qaytarıldıqda və ya baxılmamış saxlanıldıqda və ya məhkəmə iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır.

Vergi orqanlarında və məhkəmələrdə hüquqi xidmətlərin göstərilməsi

LEGALSTORE şirkətinin vergi sahəsində ixtisaslaşmış hüquqşünasları Sizin maraqlarınızı vergi orqanlarında təmsil etməklə yanaşı, vergi yoxlamaları və digər hallarla bağlı vergi orqanlarının qərarlarının məhkəmədə mübahisələndirilməsi, vergi hüquq mübahisələri zamanı məhkəmədə iddiaların qaldırılması, iddiaçı və ya cavabdehin nümayəndəsi qismində iştirak etməklə hüquqlarınızın yüksək keyfiyyətli müdafiəsini təmin edəcəkdir.

Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs