Qurumlara və dövlət orqanlarına müraciətlərin hazırlanması

İstənilən qurumlara və dövlət orqanlarına müraciətlərin hazırlanması üçün müvafiq sənədləri və müraciət formalarının hazırlanması, ərizə və ya şikayətlərinizin müvafiq formada tərtib edilməsi ilə bağlı tədbirləri vaxtınıza qənaət edərək Legal Store-a əmanət edin.

Son dövrlərdə artan tələblər istiqamətində bir çox yeni qurum və dövlət orqanları yaradılmışdır. Bu qurum və orqanların bir çoxu öz iş prinsipinə və nizamnaməsinə uyğun olaraq özünəməxsus müraciət qaydaları müəyyən etmişlərdir. Bu qurum və orqanların bir çoxunda fərqli müraciət qaydasının mövcudluğu vətəndaşların ən çox vaxtını alan və onları çaş-baş qoyan məsələlərdən biridir.

Bir çox hallarda vətəndaşlara müraciətin düzgün qaydada edilməməsi barədə bildiriş göndərilir. Müraciətin düzgün qaydada edilməməsi isə vətəndaşın qanunla müəyyən olunmuş hüququndan istifadəsinə maneə törədir. Bu səbəblə də müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.

Bəzi hallarda vətəndaşlar müxtəlif səbəblərdən dolayı müraciətlərini təxirə salırlar. Lakin müraciətin təxirə salınması vətəndaşın əleyhinə ola biləcək bir situasiyaya da çevrilə bilər. Buna misal olaraq, pensiyaların təyin olunması ilə bağlı müraciətləri, o cümlədən qanunvericilikdə nəzərdə tutulan digər müraciət müddətlərini göstərmək olar.

Müddətlərlə bağlı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edilir ki, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır.

Vətəndaşların müraciət hüququ Azərbaycan Respublikasının Konstitusiyası və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində təsbit edilir ki: “Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır”.

Müraciətlərə qanunçuluq, ayrı-seçkiliyə və süründürməçiliyə yol vermədən, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması prinsipi ilə baxılmalıdır. Bu prinsiplər Qanunda öz əksini tapmışdır. 

Onu da qeyd edək ki, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə cəlb edilirlər.

Qurumlara və dövlət orqanlarına müraciətlərin hazırlanması ilə bağlı hüquqi xidmət

Qurumlara və ya dövlət orqanlarına müraciət etmək, öz şikayətinizi bildirmək və ya ərizə təqdim etmək istəyirsinizsə uzun-uzadı nizamnamələri oxumağa, qanunları tam və əhatəli bilməyinizə ehtiyac yoxdur. Çünki bu sahədə də LEGALSTORE sizə hüquqi xidmət göstərir. 

Peşəkar hüquqşünaslarımız sizin üçün müvafiq sənədləri və müraciət formalarını hazır edir, ərizə və ya şikayətlərinizi müvafiq formada tərtib edir və sizin vaxtınıza qənaət edir.

Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs